Təbiəti qorumaq da bir bayramdır.

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı istiqamətində bütün sahələrdə aparılan işləri diqqətlə izləyir və dəstəkləyirik. Bundan irəli gələrək bizdə öz növbəmizdə xidməti fəaliyyətimizlə yanaşı təbiəti qorumaq üçün öz töhfəmizi verməyə çalışırıq.

  Belə ki, Ədliyyə Nazirliyinin rəhbərliyinin tələb və tapşırıqlarından biri də İmişli regional ədliyyə idarəsinin inzibati binası və ətrafının abad saxlanılması istiqamətində mütamadi işlər görməkdir. Həmin işlərdən təbiətin və ekoloji mühitin mühafizəsi istiqamətində gördüyümüz işlər bizim üçün böyük önəm kəsb edir. Yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə mühüm təsir edir. Bu gün əkilən hər bir ağac hər kəs üçün vacib olan gələcəyimizi qoruyaq devizi daşımaqla bu sahədə işlərin daha geniş səpkidə qurulmasında vacib rol oynayacaq.

  Ağacəkmə aksiyasının Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 ilini qeyd etdiyimiz bu günlərə təsadüf etməsi daha da önəmli olmuşdur. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.