Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə bu gün də davam etdirilir

    Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Ədliyyə Nazirliyinin strukturuna aid bütün qurumlarda olduğu kimi İmişli regional ədliyyə idarəsində də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə uyğun olaraq, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə həyata keçirilən kompleks tədbirlər bu gün də davam etdirilir.                                                                                            Son günlər koronavirusa yoluxmaların sayında artım müşahidə olunduğundan infeksiyanın qarşısının alınması sahəsində həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib.Operativ Qərargah tərəfindən ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi dövründə epidemioloji vəziyyətin gərginliyi tibbi maskadan və qoruyucu vasitələrdən istifadənin zəruri olduğunu göstərir.Əməkdaşların və inzibati binaya daxil olan vətəndaşların sanitariya-epidemioloji qaydalara riayət etməsinə, tibbi maskadan istifadə olunmasına və buna nəzarətin gücləndirilməsinə ehtiyac vardır.                Ölkə rəhbərliyinin pandemiya ilə mübarizə sahəsində həyata keçirdiyi işlərə hər birimiz dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxarmalı və bu işdə hər kəs səfərbər olmalıdır.