“Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda məktəblilərin maarifləndirilməsi kursu davam edir

İmişli regional ədliyyə idarəsi və Beyləqan rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında 15 oktyabr 2018-ci il tarixdə Hüsaməddin İsmayılov adına Beyləqan rayon Şəfəq qəsəbə orta məktəbində “Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda növbəti maarifləndirmə kursu keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Beyləqan rayon icra və probasiya şöbəsinin rəisi İlkin Məmmədov Azərbaycan ədliyyəsinin tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.