Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə bələdiyyə sədrləri və qulluqçuları üçün təlim

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə 19.04.2018-ci il tarixdə İmişli regional ədliyyə idarəsinin inzibati binasında İmişli, Beyləqan, Saatlı və Füzuli rayonları üzrə bələdiyyə sədrləri və qulluqçuları üçün təlim keçirilmişdir. Təlimdə Ədliyyə Akademiyasının əməkdaşları Mətanət Əsgərova, Səyyad Məcidov və Samir Nuriyev iştirak etmişlər. Təlimi giriş sözü ilə açan İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki köməklik göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov və Ədliyyə Akademiyasının əməkdaşları Mətanət Əsgərova, Səyyad Məcidov və Samir Nuriyev “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması” , “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” və “Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri” barədə təlim iştirakçılarına ətraflı məlumatlar veriblər.

Sonda təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.