Erməni vəhşiləri tərəfindən balaca Zəhranın və nənəsinin qətlə yetirilməsindən yeddi gün ötür.

          2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun çoxsaylı mülki əhalinin yaşadığı Alxanlı kəndi məqsədyönlü şəkildə və qəsdən minaatanlardan və qumbaraatanlardan atəşə tutulması nəticəsində 1 yaş 5 aylıq uşaq Zəhra Quliyeva və onun 51 yaşlı nənəsi Sahibə Allahverdiyeva qətlə yetirilmişi, daha bir mülki şəxs, 52 yaşlı qadın Səlminaz Quliyeva ağır yaralanmış, mülki obyektlərə zərər yetirilib.

        Bu vəhşilik Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənistan Respublikası və onun rəhbərliyi törətdiyi bu beynəlxalq cinayətlərə görə tam məsuliyyət daşıyır.

          İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov, idarənin əməkdaşı İlkin Savalan, Füzuli rayon İcra şöbəsinin rəisi Yəhya Məmmədov hadisə yerində olub və həlak olanların məzarı üstünə gül dəstələri qoyulub.