İmişli Regional Ədliyyə İdarəsi Füzuli rayonunda vətəndaşların qəbulunu keçirib

   Ədliyyə Nazirliyinin aparatı ilə razılaşdırılmış qrafikə əsasən İmişli regional ədliyyə idarəsinin rəisi İsgəndər Orucov aprel ayının 26-də ədliyyə, o cümlədən bələdiyyə fəaliyyəti ilə bağlı Füzuli rayonunda vətəndaşların qəbulunu keçirmişdir. Qəbulda iştirak etmiş vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, bəzi məsələlərə yerindəcə aydınlıq gətirilmiş,həmçinin səsləndirilmiş digər məsələlərlə bağlı qanunamüvafiq tədbirlər görülməsi üçün məsul şəxslərə aidiyyəti tapşırıqlar verilmişdir.

    Vətəndaşlar müraciətlərinə diqqətlə yanaşıldığına görə Ədliyyə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə etmişlər.

    Məlumat üçün qeyd olunur ki, vətəndaşların qəbulunun keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.