İmişli Regional Ədliyyə İdarəsidə 27 sentyabr - Anım Günü qeyd olunub

   

 

          İmişli regional ədliyyə idarəsi və yurisdiksiya üzrə yerli ədliyyə qurumları 27 sentyabr “Anım Günü” ilə bağlı bir sıra işlər görmüşdür.

         Belə ki, 20-27 sentyabr tarixlərində regional idarədə “Açıq Qapı” günü və “Açıq Mikrafon” aksiyası təşkli edilmiş, bir neçə nəfərə birbaşa səlahiyyətlərimizə aid olmayan, lakin digər qurumların işi ilə bağlı hüquqi yardım göstərilmişdir. Bundan başqa regional idarənin və yerli ədliyyə qurumlarının (yurisdiksiya üzrə) rəhbərləri, eləcə də əməkdaşları mətbuatda (internet portalı, qazetlərdə) məqalələrlə çıxış etmişdir. Habelə şəhid ailələri və qazilərlə görüşlər keçirilmiş, onların qayğıları ilə maraqlanılmış, səsləndirdikləri fikirlərə diqqətlə və həssaslıqla yanaşılmışdır.

         Bunlarla yanaşı 27.09.2022-ci il tarixdə İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbir zamanı “Şəhidlər Xiyabanı” ziyarət edilmiş, saat 12:00-da vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və tədbir bədii hissə ilə davam etmişdir. Daha sonra regional idarə tərəfindən inzibati binada keçirilmiş tədbirdə İmişli rayonu üzrə yerli ədliyyə qurumları əməkdaşlarının da iştirakı ilə öncə şəhid Ruhin Xəlilovun adına yerləşdirilmiş stendin önünə gül dəstələri qoyularaq əziz xatirəsi yad olunmuş və iclas zalında davam edilmiş tədbirdə iştirakçıların şəhidlərimizlə, o cümlədən “Anım Günü”nün önəmi ilə  bağlı fikirləri dinlənilmişdir. Sonda ölkə başçısı və nazirliyin rəhbərliyi tərəfindən vətən uğrunda şəhid və əlil olanların, eləcə də bütün müharibə veteranlarının qəhrəmanlıqlarının daimi dəyərli tutulması ilə bağlı görülən işlər dəstəklənmiş, bundan irəli gələrək üzərimizə düşən öhdəliklərin məsuliyyətlə yerinə yetirilməli olduğu vurğulanmışdır. 

          Bundan əlavə regional idarənin inzibati binasının önündə şəhidlərin əziz xatirəsinə hazırda fəvvarə inşa edilməkdədir və yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.

          Allah bütün şəhədlərimizə rəhmət eləsin!

          Vətən sağolsun!