İmişli Regional Ədliyyə İdarəsi Füzuli rayonunda vətəndaşların qəbulunu keçirib

     

 

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların,  xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin aparatı ilə razılaşdırılmış qrafikə əsasən  İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucov may ayının 12-də ədliyyə, o cümlədən bələdiyyə fəaliyyəti ilə bağlı Füzuli rayonu, Horadiz şəhərində vətəndaşların qəbulunu keçirmişdir. Qəbulda iştirak etmiş vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, bəzi məsələlərə yerindəcə aydınlıq gətirilmiş və digər hallar üzrə qanunvericiliyin müvafiq tələbləri izah edilmiş, aiddiyyəti hissədə məsul əməkdaşlara aidiyyəti tapşırıqlar verilmişdir.

         Məlumat üçün qeyd olunur ki, yerlərdə vətəndaşların qəbulunun keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.