Rayon haqqında
Bərəkətli Muğan düzündə, ərazisi Araz çayının sağ və sol sahillərində yerləşən, Azərbaycan Respublikasının inzibati rayonlarından biri olan Saatlı 25 may 1943-cü ildən rayon statusu almışdır. İyirmi il müstəqil inzibati ərazi kimi fəaliyyət göstərdikdən sonra 1963-cü ildə ləğv edilərək qonşu Sabirabad rayonunun tərkibinə qatılmışdır. 1965-ci ildən yenidən müstəqil rayon kimi fəaliyyətini davam etdirir.
Son statistik məlumatlara görə, rayonun sahəsi 1,18 kv km, əhalisi 99903 nəfərdir. Əhalinin orta sıxlığı 1 kva.km-ə 76 nəfər təşkil edir. Ərazisi okean səviyyəsindən 28 m aşağı olan rayonda 1 şəhər, 43 kənd yaşayış məntəqəsi vardır ki, bunlar da 36 inzibati ərazi vahidliyində (dairəsində) birləşmişdir. Mərkəzi Saatlı şəhəridir.
Saatlı rayonunda 49 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar müəssisə, 1 Peşə liseyi, 20 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Təhsil müəssisələrindən 28-i tam orta, 16-sı ümumi orta və 5-i ibtidai məktəbdir.
Rayon ərazisində qədim dövrə aid yaşayış məntəqələrinin olduğu sübut edilmişdir. İnzibati ərazilər olan Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində eramızdan əvvəl II-III minilliklərə aid tarixi abidələr və arxeoloqlar tərəfindən tapılmış, hal-hazırda rayon tarix-diyarşünaslıq muzeyində saxlanılan saxsı qablar mövcuddur. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid 9371 eksponat vardır. Bu eksponatlardan 55 ədədi nəqqaşlıq, 127 ədədi ədəbi-tətbiqi incəsənət məmulatı, 1890 ədədi arxeoloji əşyalar, 531 ədədi məişət və etnoqrafiya əşyaları, 2279 ədədi müxtəlif fotoşəkillər, 412 ədədi qiymətli sənədlər, 4077 ədədi isə digər sənədlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş, aşağıda adları qeyd olunan 9 arxeoloji abidə mühafizə olunur:
Sarıcalar kəndi ərazisində yerləşən Cəfərxan nekropolu, Azadkənd kəndi yaxınlığındakı Keçiqıran küp qəbirləri nekropolu, Azadkənd kəndi ərazisində yerləşən Azadkənd nekropolu, Qaralar kəndi ərazisində yerləşən 3 ədəd Qaralar nekropolu, Muğan kanalının yaxınlığındakı Muğan nekropolu, Abasbəyli nekropolu və Məmmədabad kəndi ərazisində yerləşən Məmmədabad nekropolu.
Rayon ərazisində 2 xəstəxana, 13 həkim məntəqəsi və 17 tibb məntəqəsi fəaliyyət göstərir. Saatlı rayonunda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi, Bayraq muzeyi fəaliyyət göstərir. Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə 2008-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində yenidənqurma işləri aparılmış, ölkə başçısının tapşırığına əsasən Tarix-Diyarşünaslıq və Rəsm Qalereyası üçün bina tikilmiş və Prezident İlham Əliyevin iştirakı ilə 2012-ci il 27 oktyabrda istifadəyə verilmişdir. 2013-cü il 29 avqustda ölkə başçısının iştirakı ilə Bayraq meydanı və orada fəaliyyət göstərən muzey istifadəyə verilmişdir.
Rayonda Uşaq Gənlər idman məktəbi, "Adıgün" Uşaq Gənclər idman məktəbi, Şahmat məktəbi, "Araz-Şöhrət" Taekvando idman məktəbi fəaliyyət göstərməkdədir. "Adıgün" həvəskar futbol idman klubu həvəskarlar arasında ölkə birinciliyində müvəffəqiyətlə çıxış edir. Bunlarla bərabər rayonda 29 idman zalı, 35 sadə idman qurğusu, 1 mərkəzi stadion və 4 atıcılıq tiri mövcuddur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ilin may ayında Saatlı rayon ictimaiyyəti ilə görüşündə ictimaiyyət nümayəndələri və rayon gənclərinin xahişinə əsasən ölkə başçısının 2011-ci il 11 və 12 may tarixli Sərəncamları ilə ayrılmış vəsait hesabına rayonda Gənclər Mərkəzi və Olimpiya İdman Kompleksi tikilmişdir.
Saatlı rayonunda 1 Mərkəzləşdirilmiş Kitabxana sistemi, 1 Uşaq kitabxanası, 54 kitabxana filialı, 13 klub, 14 mədəniyyət evi, 1 Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi, Bayraq muzeyi və 1 Mədəniyyət və istirahət parkı fəaliyyət göstərir.
Rayonda sahibkarlığın inkişafının dəstəklənməsi və dövlət siyasətinin həyata keçirilməsi üçün məqsədyönlü tədbirlər görülmüşdür. Rayonda pambıq emal və qəbul edən "CTS Aqro-MMC" Saatlı Pambıq ASC, "Şamo" MMC, "Saatlı Pambıq kiçik müəssisəsi", illik istehsal gücü 20 min ton olan "Biyan məhsulları" istehsalı zavodu, konserv məhsulları istehsal edən "Miri-Pak" STK, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün 2000 ton tutumu olan soyuducu kamera və digər müəssisələr fəaliyyət göstərir. Rayonda istehsal olunan məhsulların 82,1 faizdən çoxu özəl sektorun payına düşür.
Yayı quraq keçən mülayim-isti, yarımsəhra və quru çöl iqlimi var.
Saatlı rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Araz çayının bol suyu bu ərazidə taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik və heyvandarlığın inkişafı üçün əlverişli şərait yaratmışdır.
YERLİ ƏDLİYYƏ QURUMLARI
Dövlət notariusu: Muradov Ağaverdi Hacı oğlu;
Telefon: 02128-5-35-32;
Ünvan: H.Əliyev pr. 137;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 09:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Saatlı rayon qeydiyyat şöbəsi
Aparıcı məsləhətçi: Qəhrəmanov Vüqar İmambala oğlu;
İş telefonu: 02128-5-20-44;
Ünvan: H. Aslanov küç. 1;
İş günləri: II-III-IV-V-VI;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VII-I
Saatlı rayon icra qrupu
Rəis: İsmayılov Aydın Ağakərim oğlu;
İş telefonu: 02128-5-42-90;
Ünvan: Saatlı şəhəri, H.Aslanov küçəsi 1;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 09:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Saatlı rayon bələdiyyələrinin siyahısı
Bələdiyyənin adı |
Bələdiyyə sədrinin adı, |
Ünvanı |
Telefon nömrəsi |
Saatlı bələdiyyəsi |
Pənəhov Pünhan Hafiz oğlu |
Saatlı şəhəri |
070-221-16-12 |
Azadkənd bələdiyyəsi |
Rəhmanov Fuad Adşırin oğlu |
Azadkənd kəndi |
050-455-88-38 |
Bəylər bələdiyyəsi |
Atakişiyev Qafur Xanhüseyn oğlu |
Bəylər kəndi |
050-339-97-47 |
Bəylik bələdiyyəsi |
Əliyev Valeh Məhəmməd oğlu |
Bəylik kəndi |
050-353-42-32 |
Çolpı bələdiyyəsi |
Ağayev Şahin Allahverən oğlu |
Çolpı kəndi |
050-613-04-39 |
Dədə Qorqud bələdiyyəsi |
Rəşidov Nazim Sahib oğlu |
Dədə Qorqud və Heydərabad kəndləri |
050-314-69-21 |
Dəlilər bələdiyyəsi |
Əvəzov Ağabala Əvəz oğlu |
Dəlilər kəndi |
050-447-81-50 |
Əbil bələdiyyəsi |
Səfərov Nadir Əbil oğlu |
Əbil və Cəfərxan kəndləri |
050-322-66-31 |
Əhmədbəyli bələdiyyəsi |
Balayev Mehman Həsənağa oğlu |
Əhmədbəyli kəndi |
050-355-44-16 |
Əliabad bələdiyyəsi |
Əsədov Füzuli Sərdar oğlu |
Əliabad kəndi |
051-530-56-14 |
Əlisoltanlı bələdiyyəsi |
Cəfərov Engibar Əli oğlu |
Əlisoltanlı və Potubəyli kəndləri |
050-346-87-76 |
Fətəlikənd bələdiyyəsi |
İsayev İsa Hidayət oğlu |
Fətəlikənd kəndi |
050-323-18-40 |
Genişkənd bələdiyyəsi |
Dəmirov Xalıq Kamal oğlu |
Genişkənd kəndi |
070-744-05-86 |
Gomuşçu bələdiyyəsi |
Əmiraslanov Bəxtiyar Nəriman oğlu |
Gomuşçu kəndi |
050-415-36-08 |
Günəşli bələdiyyəsi |
Dursunov Nəbi |
Günəşli kəndi |
050-379-93-85 |
Xanlarkənd bələdiyyəsi |
Fərmanov Nəriman Salman oğlu |
Xanlarkənd kəndi |
050-524-19-30 |
Kamallı-Hacıqasımlı bələdiyyəsi |
Kazımov Qəfər Kazım oğlu |
Hacıqasımlı və Kamallı kəndləri |
051-868-81-12 |
Qaracalar bələdiyyəsi |
İbrahimov Qaməddin Şabəli oğlu |
Qaracalar kəndi |
050-369-99-89 |
Qara Nuru bələdiyyəsi |
Ağayev Kamil Famil oğlu |
Qara Nuru kəndi |
070-514-49-90 |
Qarayevkənd bələdiyyəsi |
Cəfərov Yahya Fərəməz oğlu |
Qarayevkənd kəndi |
050-556-93-45 |
Qazanbatan bələdiyyəsi |
Rizmanov SərvəlƏnsər oğlu |
Qazanbatan kəndi |
050-416-53-01 |
Qıraqlı bələdiyyəsi |
Hüseynov Yavər Mirzəxan oğlu |
Qıraqlı kəndi |
050-339-41-11 |
Məmmədabad bələdiyyəsi |
Nəsirov Əbülfəz Əli oğlu |
Məmmədabad kəndi |
050-413-42-31 |
Məzrəli bələdiyyəsi |
Ağayev Mirnamiq Mirəziz oğlu |
Məzrəli və Naharlı kəndləri |
070-224-00-12 |
Mircəlal bələdiyyəsi |
Astanov Əyyar Elxan oğlu |
Mircəlal kəndi |
050-332-72-54 |
Mollavaizli bələdiyyəsi |
Ağalarov Elçin Ağalar oğlu |
Mollavaizli |
050-333-13-77 |
Mustafabəyli bələdiyyəsi |
Əlizadə İlqar Səbulla oğlu |
Mustafabəyli kəndi |
051-815-59-46 |
Nərimanov bələdiyyəsi |
Ağayev Qədir Mədət oğlu |
Nərimanov və Musalı kəndləri |
050-564-92-76 |
Nəsimikənd bələdiyyəsi |
Bayraqdarov Nadir Rasim oğlu |
Nəsimikənd kəndi |
050-394-16-49 |
Novruzlu bələdiyyəsi |
Rzayev Mirhüseyn Seyidrza oğlu |
Novruzlu kəndi |
050-535-76-86 |
Sarıcalar bələdiyyəsi |
Əliyev Əvəz Tahir oğlu |
Sarıcalar kəndi |
070-934-17-59 |
Seyidlər bələdiyyəsi |
Talıbov Əlxuda Ağatalıb oğlu |
Seyidlər kəndi |
050-683-36-25 |
Sımada bələdiyyəsi |
Şükriyev Dursun Fərman oğlu |
Sımada kəndi |
051-702-62-62 |
Soltanabad bələdiyyəsi |
Kazımov Nəbi Əvəz oğlu |
Soltanabad kəndi |
050-614-70-47 |
Şirinbəyli bələdiyyəsi |
Osmanov Mikayıl Vəzir oğlu |
Şirinbəyli kəndi |
050-558-68-69 |
Varxan bələdiyyəsi |
Əliyev Məhəmməd Seyfət oğlu |
Varxan və Qaralar kəndləri |
050-562-17-04 |