Koronavirusla bağlı profilaktik tədbirlər daha da gücləndirilir

    Bu gün dünyada yayılan koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycanda ciddi qabaqlayıcı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah mütəmadi olaraq müzakirələr aparır, ölkəmizdə virusun yayılmasının qarşısının alınması üçün mühüm qərarlar qəbul edir və ictimaiyyətə çatdırır.

     Lakin son zamanlarda virusa yoluxanların sayında artımlar müşahidə edilməkdədir. Bu məqsədlə də bütün vətəndaşların ciddi şəkildə sanitariya-epidemioloji qaydalarına əməl etmələrinə çağırışlar edilməkdədir.

    Ədliyyə naziri cənab Fikrət Məmmədovun sərəncamı ilə Ədliyyə Nazirliyinin inzibati binalarında yeni növ koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı 16 bənddən ibarət sanitariya-epidemioloji Qaydalar təsdiq edilmişdir.  Həmin qaydaların icrası ilə bağlı növbəti dəfə 05.11.2021-ci il tarixdə İmişli regional ədliyyə idarəsinin inzibati binasında dezinfeksiya işlərinin aparılması təmin edilmişdir. Eyni zamanda əməkdaşların inzibati binaya daxil olarkən dezinfeksiya vasitələrindən istifadəsinə diqqət daha da artırılmış, o cümlədən xüsusi jurnal tərtib edilmiş və təsdiq edilmiş qaydalarda nəzərdə tutulan digər tədbirlər həyata keçirilməkdədir.