Vətəndaşların virtual qəbulu keçirilib

 Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə hər zaman qayğı ilə yanaşılır, karantin şəraitində Videoformatda qəbul davam etdirilir.                       Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin İnzibati nəzarət idarəsinin rəisi Ruslan Osmanlı və İmişli regional ədliyyə idarəsi vasitəsilə müraciət etmiş vətəndaşların videokonfrans formatında qəbulunu keçirib, ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib.