Bələdiyyələrin faəliyyətinin təşkilinə kömək və metdoloji yardım məqsədilə seminar- müşavirə keçirilmişdir

       İmişli regional ədliyyə idarəsi tərəfindən 31.08.2021-ci il tarixdə idarənin yurisdiksiyasina aid rayonların bir sıra bələdiyyələri ilə elektron formatda seminar-müşavirə keçirilmişdir.

     Seminarda Yerli büdcənin gəlirlərinin artırılması istiqamətində tədbirlərin intensivləşdirilməsi (debitor və kreditor borcların həlli, icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması, pul tələblərinə dair icrası məcburi aktların qəbulu məsələləri). Bələdiyyələrdə rəqəmsal texnologiyalarının imkanlarından geniş istifadə edilməsi, hesabatlılıq və şəffaflığın artırılması. İnformasiya azadlığının təmin edilməsində bələdiyyələrin vəzifələri. Yerli özünüidarəetmə sahəsində korrupsiya hüquqpozmalarının qarşısının alınması. Bələdiyyə sahibkarlığının inkişafı. Yerli özünüidarəetmədə vətəndaşların iştirakının genişləndirilməsi (məhəllə komitələrinin yaradılması). Bələdiyyə əmlakından, o cümlədən bələdiyyə torpaqlarından səmərəli istifadə olunması mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.