Vətəndaşların virtual qəbulu keçirilib

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu ən ümdə vəzifələrdən biri insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə  hər zaman həssaslıqla yanaşılmasını diqqətdə saxlamaqdır.

    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə hər zaman qayğı ilə yanaşılır, karantin şəraitində videoformatda qəbul davam etdirilir.

   Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov İmişli regional ədliyyə idarəsi vasitəsilə müraciət etmiş vətəndaşların videokonfrans formatında qəbulunu keçirib, ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib.