Vətəndaşların virtual qəbulu keçirilib

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq  Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün virtual qəbul keçirilib.   

  Bununla əlaqədar nazirlik tərəfindən vətəndaşların müraciətlərinə elektron qaydada baxılması təmin edilir, eyni zamanda dövlət başçısının tapşırığına uyğun olaraq nazirlikdə vətəndaşların videoqəbulunun qaydası müəyyən olunub.

  Ədliyyə nazirinin müavini cənab Eldar Nuriyev tərəfindən İmişli regional ədliyyə idarəsinin vasitəsilə videokonfrans formatında qəbul kecirilmişdir.

     Virtual qəbulda vətəndaşların məhkəmə qərarlarinin icrası,icra xidmətinin fəaliyyəti,işə bərpa, aliment və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, qanunvericiliyin tələbləri ətraflı izah olunub, digər müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

     Bölgələrin sakinləri COVİD-19 qlobal pandemiyası şəraitində xalqımızın sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı göstərilən qayğılı və həssas münasibətə görə Azərbaycan Respublika Prezidentinə və Birinci vitse-prezidentə təşəkkürlərini ifadə edib, bununla bağlı qəbulun videoformatda təşkilindən məmnunluqlarını bildiriblər.