Bələdiyyələrin maarifləndirilməsi tədbirləri davam etdirilir

  İmişli regional ədliyyə idarəsində bir qrup bələdiyyə üzvləri ilə növbəti seminar tədbiri keçirilmişdir. Seminar mövzularının müzakirə edilməsindən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamdan irəli gələn məsələlərə toxunulmuşdur.

  Daha sonra debitor borcların həlli yolları. Ödənişdən yayınan borclu şəxslərlə bağlı  pul   tələblərinə dair   bələdiyyələrin  inzibati   aktlarının   qəbulu və məcburi icarəyə yönəldilməsi ilə əlaqədar qanunvericiliyin tələbləri izah edilmişdir. Yerli vergi və ödənişlərin uçotu,hesablanması və yığımında olan çatışmazlıqlar,  onların aradan qaldırılması yolları ,bələdiyyənin vəzifəli şəxslərinin məsuliyyəti barədə qanunun tələbləri.Bələdiyyə torpaqlarından  istifadənin  səmərəliliyinin  təmin  edilməsi məqsədi ilə həyata keçirilməli tədbirlər, torpaq icarə müqavilələrinin ləğvi, dəyişdirilməsi (o cümlədən icarə haqqlarının bazar məzənnəsinə uyğunlaşdırılması ) və ləğvi ilə əlaqədar qanunvericiliyin tələ bləri,  pilot  Nəsimi  bələdiyyəsinin  bu  sahədə  iş təcrübəsi iştirakçıların diqqətinə çatdırılmışdır.

  Həmçinin bələdiyyə torpaqlarının icarəyə və subicarəyə verilməsində olan  çatışmazlıqlar  və onların aradan  qaldırılması yolları,   torpaq   icarə   müqaviləsinin   bağlanması  ləğvi və dəyişdirilməsi qaydası “Elektron kənd təsərrüfatı“ informasiya sistemində   bələdiyyələrin   iştirakı  Bələdiyyələrin  işində   şəffaflığın   artırılması, bələdiyyələrin  hesabatları barədə qanunvericiliyin tələbləri Yerli  özünüidarəetmədə müasir İKT imkanlarından o cümlədən  Bələdiyyələrlə  iş portalının ilkin versiyasindan səmərəli istifadə olunması və digər məsələlər müzakirə olunmuşdur.

  Sonda bələdiyyə üzvlərinin sualları dinlənilmiş və müvafiq tapşırıqlar verilmişdir.