Videoformatda qəbul davam etdirilir

 

     Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə hər zaman qayğı ilə yanaşılır, karantin şəraitində videoformatda qəbul davam etdirilir.

 

    Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov İmişli regional ədliyyə idarəsi vasitəsilə müraciət etmiş vətəndaşların videokonfrans formatında qəbulunu keçirib, ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib.