Vətəndaşların virtual qəbulu keçirilib

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq  Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün virtual qəbul keçirilib.                                                                               

    Virtual qəbulda vətəndaşların penitensiar xidmətin fəaliyyəti, məhkumların vaxtından əvvəl şərti azad etmə  və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, qanunvericiliyin tələbləri ətraflı izah olunub, digər müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.