Ulu Öndər Heydər Əliyevin vəfatının 15-ci il dönümü qeyd edilib

12 dekabr 2018-ci il tarixdə İmişli rayonu üzrə ədliyyə qurumlarının əməkdaşları iştirakı ilə İmişli regional ədliyyə idarəsinin inzibati binasında Ulu Öndərin vəfatının 15-ci il dönümü qeyd edilib.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin abidəsi önünə tər gül çiçəklər düzərək əziz xatirəsini yad ediblər.

Bundan sonra İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov tədbiri giriş sözü ilə açaraq Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etməsini tədbir iştirakçılarından xahiş edib. Hakim Məmmədov daha sonra Ulu Öndərin keçdiyi ömür yoluna nəzər salaraq fəaliyyəti dövründə gördüyü işlərdən danışıb.

Tədbir iştirakçıları İlkin Savalan, İlqar Quliyev, Ruhin Xəlilov və başqaları Ulu Öndərin gənclər üçün bir örnək oluğunu bildirdilər.