İmişli regional ədliyyə idarəsində “Açıq qapı” günü keçirilmişdir.

20 noyabr 2018-ci il tarixdə Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin, İmişli rayonu üzrə yerli ədliyyə qurumlarının əməkdaşları, Rayon İcra Hakimiyyəti, şəhər bələdiyyəsinin əməkdaşlarının, yerli “Xalq sözü” qəzetinin və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə vətəndaşların ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə ətraflı tanış olmalarına şərait yaradılması məqsədi ilə “Açıq qapı” günü təşkil edilmişdir.

“Açıq qapı” günündə vətəndaşlar ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə, o cümlədən ədliyyə sahiəsində həyata keçirilən mütərəqqi islahatlar, əhaliyə göstərilən elektron xidmətlər barədə ətraflı məlumatlar əldə etmişlər.

“Açıq qapı” günündə həmçinin bir qrup vətəndaşların qəbulu da təşkil edilmiş və qəbulda qaldırılan məsələlərlə bağlı yerində qanunamüvafiq tədbirlər görülmüşdür.