Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 13.11.2018-ci il tarixdə Horadiz şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirili

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 13.11.2018-ci il tarixdə Horadiz şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.Seminarda çıxış edən İmişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi Ruslan İsmayılov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və Regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.Sonra R.İsmayılov “Yerli özünüidarəetmədə etik davranış”, “Bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi”, ”Bələdiyyə aktlarının qəbulu və icrası”, “Yerli vergi borcunun ödənilmə qaydası”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “Bələdiyyə torpaqlarının qiymətləndirilməsi” və “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı” mövzularında seminar iştirakçılarına ətraflı məlumat vermişdir.Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.