İmişli regional ədliyyə idarəsi ağacəkmə aksiyası keçirib

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə bağlı 10.11.2018-ci il tarixdə İmişli şəhərində İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir.Aksiyada İdarənin əməkdaşları ilə birlikdə İmişli Rayon Məhkəməsinin və İmişli rayon icra və probasiya şöbəsinin əməkdaşları da yaxından iştirak etmişlər. Aksiya çərçivəsində İmişli şəhərində İdman Komlepksinin yaxınlığında İmişli-Kürdəmir yolunun kənarında dekorativ şam ağacları əkilmişdir.