İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı əsasında Ə.Almasov adına Biləsuvar rayon Səmədabad kənd tam orta məktəbində

İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı əsasında Ə.Almasov adına Biləsuvar rayon Səmədabad kənd tam orta məktəbində yuxarı sinif şagirdləri üçün 08 noyabr 2018-ci il tarixdə İdarənin rəisi Hakim Məmmədov, əməkdaşları İlkin Savalan və Ruslan İsmayılovun iştirakı ilə “Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda açıq dərs keçirilmişdir. Tədbirdə məktəbin direktoru Aydın Bəşirov, həmçinin müəllim və şagird heyəti iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan İmişli regional ədliyyə idarəsinin rəisi H.Məmmədov əməkdaşları təqdim etdikdən sonra bildirdi ki, bu tədbirin orta məktəbdə müəllim və şagird kollektivi ilə keçirilməsi heç də təsadüfü deyildir. Belə ki, Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində nazirliyin fəaliyyət istiqamətləri genişləndirilmiş, o cümlədən yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciət etmək imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün möhtərəm prezident İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli, 446 nömrəli Fərmanı ilə Regional ədliyyə şöbələri yaradılmışdır. 22 noyabr 2018-ci il tarixdə Azərbaycan ədliyyəsinin 100 ili tamam olur. Hər il olduğu kimi bu ildə Ədliyyə işçiləri öz peşə bayramlarını çox böyük coşqu ilə qeyd edəcəklər.Sonra İdarənin aparıcı məsləhətçisi R.İsmayılov Azərbaycan ədliyyəsinin bu günə kimi keçdiyi keşməkeşli tarixi ilə bağlı, həmçinin Ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.İdarənin aparıcı məsləhətçisi İ.Savalan isə İmişli regional ədliyyə idarəsinin fəaliyyət istiqamətləri, Ədliyyə qulluğuna qəbulla bağlı prosedur qaydaları, həmçinin Ədliyyə Nazirliyinin Əsasnaməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.Sonda şagirdlər Bayram Cəbrayılov, Əmir Mehdiyev, Ləman Eynizadə, Aytac Mehdiyeva, İslam Quluzadə və digərlərini maraqlandıran suallar cavablandırılıb.