Orta məktəblərdə açıq dərslər davam etdirilir

31 oktyabr 2018-ci il tarixdə İmişli regional ədliyyə idarəsi və İmişli rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında İmişli şəhər Ş.Məmmədov adına tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün İdarənin əməkdaşları İlkin Savalan və Ruslan İsmayılovun iştirakı ilə Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə bağlı növbəti maarifləndirmə kursu keçirilmişdir.Tədbiri giriş sözü ilə açan İmişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi İ.Savalan İmişli regional ədliyyə idarəsinin fəaliyyət istiqamətləri, Ədliyyə qulluğuna qəbulla bağlı prosedur qaydaları, həmçinin Ədliyyə Nazirliyinin Əsasnaməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.Sonra İdarənin aparıcı məsləhətçisi R.İsmayılov Azərbaycan ədliyyəsinin bu günə kimi keçdiyi keşməkeşli tarixi ilə bağlı, həmçinin Ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.Sonda şagirdlər Həsən Abdullayev, Səkinə Zeynalova, Xəyal İsmayılov, Fatimə Əlizadə, Nihad Həsənli və digərlərini maraqlandıran suallar cavablandırılıb.