“Azərbaycan Ədliyyəsinin 100 illiyi” mövzusunda məktəblilərin maarifləndirilməsi kursu davam edir

İmişli regional ədliyyə idarəsi və Füzuli rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında 15 oktyabr 2018-ci il tarixdə Füzuli rayonu Zobucuq 2 Qəsəbəsi 27 nömrəli tam orta məktəbdə "Azərbaycan Ədliyyəsinin 100 illiyi" mövzusunda növbəti maarifləndirmə kursu keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Füzuli rayon icra və probasiya şöbəsinin rəisi Yəhya Məmmədov Azərbaycan ədliyyəsinin tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.