“Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda məktəblilərin maarifləndirilməsi kursu davam edir

İmişli regional ədliyyə idarəsi və Beyləqan rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında 12 oktyabr 2018-ci il tarixdə Beyləqan şəhəri, Fərman Hacıyev adına 2 saylı tam orta məktəbdə “Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda növbəti maarifləndirmə kursu keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Beyləqan rayon icra və probasiya şöbəsinin rəisi İlkin Məmmədov Azərbaycan ədliyyəsinin bü günə kimi keçdiyi keşməkeşli tarixi, həmçinin Ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.