Daha bir orta məktəbdə “Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda maarifləndirmə kursu keçirilmişdir

11 oktyabr 2018-ci il tarixdə İmişli regional ədliyyə idarəsinin əməkdaşları İlkin Savalan və Xəzər Qabillinin iştirakı ilə İmişli regional ədliyyə idarəsi və Saatlı rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında Saatlı şəhər Səməd Vurğun adına 1 nömrəli orta məktəbdə 10 və 11-ci sinif şagirdləri üçün “Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda növbəti maarifləndirmə kursu keçirilmişdir. Tədbirdə məktəbin direktor müavini Əlimuxtar Əhmədov və 44 nəfər şagird heyəti iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan İmişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi İ.Savalan Azərbaycan ədliyyəsinin bü günə kimi keçdiyi keşməkeşli tarixi, İmişli regional ədliyyə idarəsinin fəaliyyət istiqamətləri, Ədliyyə qulluğuna qəbulla bağlı prosedur qaydaları, həmçinin Ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Sonda şagirdlər Orxan Heydərov, Nahid Hüseynov, Nəzirə Məmmədova, Cəmil Əliyev, Fərid Qasımzadə, Günel Qəhrəmanova və digərlərini maraqlandıran suallar cavablandırılıb.