\"Azərbaycan Ədliyyəsinin tarixi\" mövzusunda məktəblilərin maarifləndirilməsi kursu davam edir

İmişli regional ədliyyə idarəsi və Füzuli rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında 11 oktyabr 2018-ci il tarixdə Füzuli rayonu Horadiz şəhər 3 nömrəli tam orta məktəbdə "Azərbaycan Ədliyyəsinin tarixi" mövzusunda növbəti maarifləndirmə kursu keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Füzuli rayon icra və probasiya şöbəsinin rəisi Yəhya Məmmədov bu tədbirin orta məktəbdə müəllim və şagird kollektivi ilə keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirdi.Y.Məmmədov daha sonra Azərbaycan ədliyyəsinin bü günə kimi keçdiyi keşməkeşli tarixi, həmçinin Ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.