Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 29.08.2018-ci il tarixdə Saatlı şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 29.08.2018-ci il tarixdə Saatlı şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.

Seminarda çıxış edən İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

İmişli regional ədliyyə idarəsinin əməkdaşları İlkin Savalan və Ruslan İsmayılov “Yerli özünüidarəetmədə etik davranış”, “Bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi”, ”Bələdiyyə aktlarının qəbulu və icrası”, “Yerli vergi borcunun ödənilmə qaydası”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “Bələdiyyə torpaqlarının qiymətləndirilməsi” və “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Seminarda İmişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov seminar müşavirəyə yekun vuraraq qarşıda duran vəzifələri bələdiyyə nümayəndələrinin diqqətinə çatdırıb.