İmişli regional ədliyyə idarəsində Soyqırımının 100-cü il dönümü ilə bağlı tədbir keçirilmişdir.

30 mart 2018-ci il tarixdə İmişli regional ədliyyə idarəsində idarənin əməkdaşları və  İmişlidə fəaliyyət göstərən digər ədliyyə orqanlarının əməkdaşlarının iştirakı ilə Azərbaycanlıların Soyqırımının 100-cü il dönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbir iştirakçıları tərəfindən ilk öncə soyqırım qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açan İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov çıxış edərək bildirdi ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra öz tarixini obyektiv şəkildə araşdıraraq öyrənməyə, tarixi həqiqətləri üzə çıxararaq ictimailəşdirməyə və siyasi hüquqi qiymət verməyəimkan tapdı. Sovet rejimi tariximiziuzun müddət öyrənməyə imkan verməmiş, repressiyalar yolu ilə xalqımızı öz kökündən, milli ideologiyasından qoparmağa çalışmışdır.

Xalqımıza qarşı soyqırım hadisələri məhz ildm dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən düzgün siyasi hüquqi qiymətini tapa bildi. Heydər Əliyev tərəfindən 26 mart 1998-ci il tarixdə imzalanmış “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildi. Həmin vaxtdan həmin gün milli soyqırım günü kimi geniş qeyd olunur.

Daha sonra azərbaycanlıların soyqırımı hadisələri ilə bağlı geniş məruzə dinlənildi.