Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Horadiz şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 07.03.2018-ci il tarixdə Horadiz şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.

Seminarda çıxış edən İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

İmişli regional ədliyyə idarəsinin əməkdaşları İlkin Savalan və Ruslan İsmayılov “Bələdiyyə üzvüləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir”, ”Bələdiyyə aktlarının qəbulu və icrası”, “Bələdiyyələrdə vergi işinin səmərəliyinin artırılması”, “Nağdsız hesablaşmalar və onların məqsədi”, “Bələdiyyə torpaqlarının idarə olunmasının əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Seminarda İmişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.