İmişli regional ədliyyə idarəsində 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar anım tədbiri keçirilib.

İmişli regional ədliyyə idarəsində Yanvarın 19-da 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

20 Yanvar Azərbaycan xalqının müstəqillik yolunda mühüm mərhələ olduğunu qeyd edən İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov 28 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışıb və 20 Yanvar hadisəsini faciə kimi yox, milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirib.

Tədbir iştirakçıları öz çıxışlarında 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər. Eyni zamanda bildirilib ki, 20 Yanvar faciəsi tariximizdə qanlı səhifə olmaqla yanaşı, xalqımızın müstəqillik amalına, qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənimizin azadlığı uğrunda canından keçməyə hazır olduğunu bir daha sübut edib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.