İmişli regional ədliyyə idarəsinin və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə İmişli rayonu üzrə bələdiyyə sədrləri və qulluqçuları üçün təlim keçirilmişdir.

 Ədliyyə  Nazirliyinin  İmişli  regional  ədliyyə  idarəsinin  və  Ədliyyə  Akademiyasının  birgə  təşkilatçılığı  ilə  12.12.2017-ci il  tarixdə  İmişli  regional  ədliyyə  idarəsinin  inzibati  binasında  İmişli  rayonu üzrə bələdiyyə  sədrləri  və  qulluqçuları  üçün  təlim  keçirilmişdir.

 Təlimdə  Ədliyyə  Akademiyasının  əməkdaşları  Mətanət  Əsgərova,  Qabil  Məmmədov  və  Samir  Nuriyev  iştirak  etmişlər.

 Əvvəlcə  təlim  iştirakçıları  tərəfindən  Ulu  Öndərin  anım  günü  münasibətilə  xatirəsi  bir  dəqiqəlik  sükutla  yad  edilib.

 Təlimi  giriş  sözü  ilə  açan  İmişli  regional  ədliyyə  idarəsinin  rəisi  Hakim  Məmmədov Ədliyyə  Nazirliyi tərəfindən  bələdiyyələrin  inkişafı  ilə  bağlı  həyata  keçirilən  tədbirlər,  nazirliyin  Bələdiyyələrlə  iş mərkəzi  və  regional  ədliyyə  idarələri  tərəfindən  bələdiyyə  üzvləri  və  qulluqçularının  hüquqi  maarifləndirilməsi,  onlara  metodiki  kömək  göstərilməsi  və  fəaliyyətlərinə  inzibati  nəzarət  sahəsində görülən  işlər  barədə  məlumat  verib,  qarşıda  duran  vəzifələrdən  danışıb.

 İmişli  regional  ədliyyə  idarəsinin  rəisi  Hakim  Məmmədov  və  Ədliyyə  Akademiyasının  əməkdaşları  Mətanət  Əsgərova, Qabil  Məmmədov  və  Samir  Nuriyev  “Bələdiyyə  qulluğu,  bələdiyyə  qulluğuna qəbulun  xüsusiyyətlər i və  bələdiyyə  qulluqçularının  etik  davranış  qaydaları”,  “Bələdiyyə  aktlarının  qəbulu  və  icrası”,  “Bələdiyyələrdə  və  bələdiyyə  müəsissələrində  kargüzarlığın  təşkili”,  “Bələdiyyələrin  fəaliyyətinə  inzibati  nəzarət”,  “Yerli  (bələdiyyə)  vergi  və  ödənişlərin  yığılmasında  bələdiyyələrin  hüquq  və  vəzifələri”  və  “Bələdiyyə  torpaqlarının  idarə  edilməsinin  əsasları,  bələdiyyə torpaqlarının istifadəsinə  və  mühafizəsinə  nəzarətin  xüsusiyyətləri”  barədə  təlim  iştirakçılarına  ətraflı  məlumatlar  veriblər.

 Təlimdə  iştirakçıları  maraqlandıran  suallar  cavablandırılıb.