Biləsuvar şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 20.09.2017-ci il tarixdə  Biləsuvar şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib. Seminarda çıxış edən İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov və idarənin əməkdaşı Ruslan İsmayılov “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir, bələdiyyə aktlarının qəbulu və icrası,bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, Nağdsız hesablaşmalar və onların məqsədi, bələdiyyə qulluğu, bələdiyyə quluğuna qəbulun xüsusiyyətləri, bələdiyyə torpaqlarının idarə olunmasının əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri və dini radikalizmə və “Azərbaycan Respublikasında kənd təsərrüfarı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində” göstərilən hədəflərə nail olmaq  bələdiyyənin iştirakı mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər. Seminarda İmişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.