V Ə T Ə N D A Ş L A R I N N Ə Z Ə R İ N Ə !

     Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin rəisi İsgəndər Orucov  Martın 29-da saat 11:00-da ədliyyə, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı Biləsuvar rayonunda vətəndaşların qəbulunu keçirəcəkdir.

    Vətəndaşlar qəbula yazılması üçün İmişli regional ədliyyə idarəsinə (əlaqə telefonları: şəhər: 021 246 12 13, mobil: (050) 655-97-27, elektron poçt: imishli_rd@justice.gov.az) müraciət edə bilərlər.

     Vətəndaşların qəbulu Biləsuvar icra və probasiya şöbəsinin inzibati binasında (Biləsuvar şəhəri, 28 may küçəsi 1) keçiriləcəkdir.