İmişli regional ədliyyə idarəsi “Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirmişdir
İmişli regional ədliyyə idarəsi “Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirmişdir. Rəhbərlik və kollektiv idarədə çalışan, eləcə də könüllü kimi fəaliyyət göstərən və qonaq qismində dəvət olunan digər ədliyyə qurumunda işləyən xanım əmkdaşları bayram münasibəti ilə təbrik etmişdir.
İlk öncə Ölkə başçısı cənab İlham Əliyevin “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə 06.03.2023-cü il tarixli müraicətində Azərbaycan qadınlarını ürəkdən təbrik edilmiş, cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulanaraq, zəngin mənəviyyatlı Azərbaycan qadınlarının qarşıdakı illərdə də qurub-yaratmaq şövqləri ilə cəmiyyət həyatına yüksək dəyərlər bəxş edəcək və müstəqillik salnaməmizə yeni, işıqlı səhifələr yazacağı qeyd olunmuşdur.
Daha sonra idarə rəisi İsgəndər Orucov bu bayramın tarixi haqqında qısa fikir bildirmiş, qadınların necə mübariz və əzmkar olmaları ilə yanaşı incə və zərif olduqları qeyd olunmuşdur. Rəhbərlik və əməkdaşlar tərəfindən qadınlara cansağlığı, xoşbəxtlik və fəaliyyətlərində uğurlar arzu edilmiş, alınmış hədiyyələr və gül büketləri xanımlara təqdim edilmişdir.
Sonda tort kəsilmiş və çay süfrəsi təşkil edilmişdir.