İmişli regional ədliyyə idarəsi tərəfindən 22 noyabr-peşə bayramı böyük sevinclə qeyd edilmişdir.

         22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə İmişli regional ədliyyə idarəsinin rəhbərliyi və əməkdaşları, İmişli rayon İcravə Probasiya şöbəsinin kollektivi, o cümlədən rayon məhkəməsinin hakimivə kollektivi ilə birlikdə öncə ulu öndərimiz Həydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsi, habelə rayon ərazisində yerləşən“Şəhidlər xiyabanı” ziyarət edilərək gül dəstələri qoyulmuşdur. Daha sonra tədbir regional idarənin inzibati binasında davam etmişdir.