Biləsuvarda bələdiyyələrlə və yerli ədliyyə qurumları ilə birgə növbəti seminar keçirilmişdir.

      

 

 

            İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Biləsuvar rayonu Gənclər Mərkəzində öncə Biləsuvar icra və probasiya şöbəsinin rəisi İlkin Əzizovun iştirakı ilə Biləsuvar rayonu üzrə bələdiyyə sədrlərinin və üzvlərinin, daha sonra Biləsuvar rayon Qeydiyyat şöbəsinin rəisi Xanverdi Həsənovun, Biləsuvar rayon Notariat ofisinin notariusu Xanoğlan Məmmədovun iştirakı ilə Biləsuvar rayonu İcra  Hakimiyyəti Başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin maarifləndirilməsi istiqamətində tədbir keçirilmişdir.  

            Tədbirin birinci hissəsində Regional idarənin böyük məsləhətçisi Ruslan İsmayılov çıxış edərək bildirdi ki, bu gün tərəfimizdən bələdiyyə fəaliyyətinə daha yaxından köməklik göstərilməsi üçün seminar tədbiri təşkil edilmişdir. İlk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edilməsi ilə bağlı məsələyə toxunulmuşdur. Sərəncamdan irəli gələrək bu məsələnin bələdiyyə iclaslarında müzakirə edilməsi və sakinlər arasında bununla bağlı tədbirlərin keçirməlisinin zəruriliyi bildirilmişdir. Həmçinin əvvəlki illərdə bələdiyyələr tərəfindən yol verilmiş nöqsan və çatışmazlıqlar, eləcə də vergilərin yığılmasının qeyri-qənaətbəxş olması, hesabatların vaxtlı-vaxtında verilməsi, bələdiyyə torpaqlarının qanunsuz istifadəsinə qarşı ciddi və əsaslı tədbirlərin görülməməsi bildirilmiş, eyni zamanda bələdiyyələrin qarşısına çıxan çətinliklər və anlaşılmazlıqlar barədə istənilən vaxt Regional idarəyə müraciət edə biləcəkləri bələdiyyə üzvlərinin nəzərinə çatdırılmışdır.

          Daha sonra regional idarənin böyük məsləhətçisi Ruslan İsmayılov və aparıcı məsləhətçisi Rafiq Məhəddinov gündəlikdə duran seminar mövzuları (bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması,  korrupsiya hüquq pozuntuları ilə bağlı qanunvericiliyin tələbləri və bu tələblərin pozulması zamanı tətbiq edilən məsuliyyət tədbirlərinin növləri; bələdiyyə fəaliyyəti barədə yerli əhalinin məlumatlandırılmasında kütləvi informasiya vasitələrindən, o cümlədən sosial şəbəkələrdən istifadə sahəsində görülmüş işlər və bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti; bələdiyyə müəssisələrinin mənfəət vergisinin anlayışı və hesablanması qaydası; bələdiyyələrin inzibati aktın qəbul edilməsi ilə bağlı məlumat vermə vəzifəsi, inzibati aktın hüquqi qüvvəsi və nəticələri; maliyyə hesabatlarının tərtib olunması zamanı qanunvericiliyin, o cümlədən "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinin vacibliyi; dövlət əmlakının bələdiyyələrə verilməsi ilə bağlı qanunvericiliyin tələbləri; bələdiyyə üzv və qulluqçularının əmək münasibətlərində iştirakı, onların hüquq və vəzifələri; yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlıq, bu sahədə həyata keçirilən tədbirlər və xarici bələdiyyələrlə qarşılıqlı münasibətlərin genişləndirilməsinin zəruruliyi)ilə bağlı mühazirələrlə çıxışalar etmişlər. Mövzuların bu gün üçün aktual olduğu və hər bir bələdiyyə üzvünün həmin mövzularla bağlı müəyyən fikirlərə sahib olacağı qeyd olunmuşdur. Seminar mövzuları bələdiyyə üzvüləri ilə müzakirələr formatında aparılmış və yaranmış suallar yerindəcə cavablandırılmışdır.

          Bundan sonra Biləsuvar icra və probasiya şöbəsinin rəisi bələdiyyələrin tərtib edəcəyi inzibati aktlarla bağlı qanunvericiliyin tələbi və icrası prosesi ilə bağlı çıxış etmiş,  natamam olan fikirlərə aydınlıq gətirilmişdir.

          Sonda bələdiyyə işinin daha təkmil qurulması ilə bağlı bələdiyyə üzvlərinin təkliflərinin nəzərə alınacağı bildirilmişdir.

         Tədbirin ikinci hissəsində yerlərdə vətəndaş məmnunluğunun və dövlət qurumlarına əlçatanlığının təmin edilməsi ilə bağlı Ədliyyə nazirliyinin bütün struktur qurumlarının səfərbər olduğu diqqətə çatdırmışdır. Bu işlərin davamı kimi bu gün təşkil edilmiş tədbirin əsas  məqsədi vətəndaşların yerli qurumlara müraciət edən zaman qarşılaşılan problemlərlə bağlı köməklik göstərməkdir. Belə ki, rayon ərazisində yaşayan sakinlərin hər zaman rayon mərkəzinə gəlməsinin çətin olduğu nəzərə alınmalı, buna görə də qanunla müəyyən edilmiş qeydiyyat və notariat fəaliyyəti ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələri aktiv olmalı, bu sahədə iş daha dərindən öyrənilməli və nəticədə vətəndaşa göstərilən xidmətdə keyfiyyətin artırılmalı olduğu qeyd edilmişdir.

         Regional idarənin aparıcı məsləhətçisi Rafiq Məhəddinov tərəfindən isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 19 aprel 2022-ci il tarixli 4-N №-li qərarı ilə təsdiq edilmiş yeni “Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri haqqında Əsasnamə”si haqqında məlumat verilmişdir. Həmin Əsasnamənin 2.0.1-ci bəndində digər fəaliyyət istiqamətləri ilə yanaşı qeydiyyat şöbələrinin, onların bölmələrinin və notariat ofislərinin işini əlaqələndirir və onların fəaliyyətinə nəzarəti həyata keçirtdiyini və bununla bağlı geniş fikirlərini bildirmişdir.

         Daha sonra Biləsuvar rayon Qeydiyyat şöbəsinin rəisi Xanverdi Həsənov və Biləsuvar rayon Notariusu İnzibati ərazi dairəsi üzrə nümayəndələrinə qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində aparılmalı olan qeydiyyat və notariat hərəkətləri barədə mühazirələrlə çıxış etmişlər. Qeyd olunan məsələnin bu gün üçün aktual olduğu və icra nümayəndlərinin bununla bağlı müəyyən fikirlərə sahib olacağı qeyd olunmuşdur. Müzakirələrlə davam etmiş tədbirdə iştirakçıların sualları yerindəcə cavablandırılmışdır.  

 

       

                                                                                                                                                                                                                                     İmişli Regional Ədliyyə İdarəsi