Regional idarə şəhidləri unutmur!

          Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin, İmişli regional ədliyyə idarəsinin rəhbər işçiləri, Milli Məclisin üzvü və təmsilçiləri Vətən müharibəsində şəhid olmuş ədliyyə işçisi Ruhin Xəlilovun ailəsini ziyarət ediblər. 

Ziyarət zamanı şəhid ədliyyə işçisinin fotolarından və şəxsi əşyalarından ibarət xatirə guşəsi ilə tanışlıq olub, ruhuna dualar oxunub, ailəsinə dərin hüznlə başsağlığı verilib. 

          İmişli regional ədliyyə idarəsinin hazırladığı “dəmir yumruq” suveniri həmin rayondan olan deputat Razi Nurullayev tərəfindən şəhidin atasına təqdim olunub. Ailə ilə aparılan söhbət zamanı onların qayğıları ilə maraqlanılıb, sovqat təqdim edilib.

         Şəhid ailələrinə daim göstərilən həssas münasibətə və diqqətə görə minnətdarlıq ifadə olunub.

         Şəhidlərimizə Allahdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla anırıq.