İmişli regional ədliyyə idarəsi tərəfindən İmişli rayonu üzrə bələdiyyələrlə növbəti seminar keçirilmişdir.

           İmişli regional ədliyyə idarəsi tərəfindən 2022-ci ilin ikinci yarımilində bələdiyyə sədrləri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının hüquqi maarifləndirilməsi və onlara metodiki köməklik göstərilməsi məqsədi ilə keçirilməsi nəzərdə tutulmuş seminarların qrafikinə uyğun olaraq 22.09.2022-ci il tarixdə İmişli rayonu üzrə  bələdiyyələrlə Regional idarənin inzibati binasında keçirilmişdir.

           Seminarda çıxış edən Regional idarənin əməkdaşları Rafiq Məhəddinov və Rüfət Qasımov öncə Sentyabr ayının ölkəmiz üçün əhəmiyyəti barədə məlumat verərək seminar iştirakçılarının diqqətinə çatdırılmışdır ki, 2020-ci ilin sentyabr ayının 27-i dövlətimiz üçün “44 günlük” zəfər bayramının başladığı gündür. 44 gün kimi qısa müddət ərzində müzəffər ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında əks-hücuma keçərək əcdadlarımızın yaşadığı tarixi torpaqlarımızı uşaq qatili ermənilərdən azad etmişdir. Əlbəttə ki, müharibənin öz qanunları var. Biz bu müharibədə şəhidlər vermişik. Həmin şəhidlərdən biri də isti otağını soyuq səngərə dəyişmiş olan Ədliyyə Nazirliyinin sabiq əməkdaşı Xəlilov Ruhin Müzəffər oğlu olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət etsin. Biz qalib xalqıq. Vətən sağolsun.

             Daha sonra seminar iştirakçılarına "Bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması, korrupsiya hüquq pozuntuları ilə bağlı qanunvericiliyin tələbləri və bu tələblərin pozulması zamanı tətbiq edilən məsuliyyət tədbirləri, bələdiyyə fəaliyyəti barədə yerli əhalinin məlumatlandırılmasında kütləvi informasiya vasitələrindən, o cümlədən sosial şəbəkələrdən istifadə sahəsində görülmüş işlər və bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti, bələdiyyə müəssisələrinin mənfəət vergisinin anlayışı və hesablanması qaydası, bələdiyyələrin inzibati aktın qəbul edilməsi ilə bağlı məlumat vermə vəzifəsi, inzibati aktın hüquqi qüvvəsi və nəticələri, maliyyə hesabatlarının tərtib olunması zamanı qanunvericiliyin, o cümlədən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinin vacibliyi, dövlət əmlakının bələdiyyələrə verilməsi ilə bağlı qanun vericiliyin tələbləri, bələdiyyə üzv və qulluqçularının əmək münasibətlərində iştirakı, onların hüquq və vəzifələri, yerli özünüidarəetmə beynəlxalq əməkdaşlıq, bu sahədə həyata keçirilən tədbirlər və xarici bələdiyyələrlə qarşılıqlı münasibətlərin genişləndirilməsinin zəruruliyi (cari ildə öyrənilən beynəlxalq təcrübədən nümunələr gətirmək (Xarici İşlər Nazirliyinin məktubları və s.)” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş, seminar iştirakçılarının sualları cavablandırılmışdır.