VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ

   

         

          Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılmasına dair tapşırıqlarına uyğun olaraq 27 sentyabr “Anım Günü” ilə əlaqədar Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsi tərəfindən şəhid ailələri, müharibədə əlil olmuş şəxslər, habelə müharibə iştirakçıları  üçün sentyabr ayının 20-27 tarixlərində Ədliyyə Nazirliyinin səlahiyyətləri, eləcə də digər məsələlər ilə bağlı hüquqi yardım almaq məqsədilə  Regional idarənin inzibati binasında “Açıq Mikrafon” günləri keçiriləcəkdir.

         Yuxarıda göstərilən kateqoriyadan olan vətəndaşlar onları maraqlandıran suallarla Regional idarəyə müraciət edərək hüquqi yardım və məsləhət ala bilərlər.

          Ünvan: İmişli şəhəri, Sevil Qazıyeva 12 A