Vətəndaşların nəzərinə!

     Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin rəhbərliyi tərəfindən Avqustun 10-də saat 11:00-da ədliyyə, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı İmişli rayonunda vətəndaşların qəbulunu keçirəcəkdir.

    Vətəndaşlar qəbula yazılması üçün İmişli regional ədliyyə idarəsinə (əlaqə telefonları: şəhər: 021 246 12 13, mobil: (050) 449-59-57, elektron poçt: imishli_rd@justice.gov.az) müraciət edə bilərlər.

    Vətəndaşların qəbulu İmişli icra və probasiya şöbəsinin yerləşdiyi İmişli regional ədliyyə idarəsinin inzibati binasında (İmişli şəhəri, S.Qazıyeva küçəsi 12A) keçiriləcəkdir.