İmişli Regional Ədliyyə İdarəsi Beyləqan rayonunda vətəndaşların qəbulunu keçirib

   

             Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların,  xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin aparatı ilə razılaşdırılmış qrafikə əsasən  İmişli regional ədliyyə idarəsinin rəhbərliyi tərəfindən İyulun 27-də ədliyyə, o cümlədən bələdiyyə fəaliyyəti ilə bağlı Beyləqan rayonunda vətəndaşların qəbulu keçirmişdir. Qəbulda iştirak etmiş vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, bəzi məsələlərə yerindəcə aydınlıq gətirilmiş,  həmçinin səsləndirilmiş digər məsələlərlə bağlı qanunamüvafiq tədbirlər görülməsi üçün məsul şəxslərə aidiyyəti tapşırıqlar verilmişdir.

            Vətəndaşlar müraciətlərinə diqqətlə yanaşıldığına görə Ədliyyə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə etmişlər.

            Məlumat üçün qeyd olunur ki, vətəndaşların qəbulunun keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.