Vətəndaşların virtual qəbulu keçirilib

   

      Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq, vətəndaşların nazirlikdə, bölgələrdə və müasir İKT-lər tətbiq olunmaqla virtual qəbul məntəqələri vasitəsilə qəbuluna xüsusi önəm verilir.

    Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini canab Eldar Nuriyev tərəfindən İmişli regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olan rayonların sakinləri üçün virtual qəbul keçirilib

   Video-qəbulda vətəndaşların icra xidmətinin fəaliyyəti, o cümlədən məhkəmə qərarlarının icrası ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerindəcə həll olunub, qanunvericiliyin tələbləri ətraflı izah olunub, digər müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.