Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə

  

       Son zamanlarda ölkəmizdə və dünyada virusa yoluxanların sayında artımlar müşahidə edilməkdədir. Bu məqsədlə də ölkə rəhbərliyimiz tərəfindən bütün vətəndaşların ciddi şəkildə sanitariya-epidemioloji qaydalarına əməl etmələrinə çağırışlar edilməkdədir. Göstərilənlər nəzərə alınaraq növbəti dəfə 25.07.2022-ci il tarixdə İmişli regional ədliyyə idarəsinin inzibati binasında dezinfeksiya işlərinin aparılması təmin edilmişdir. Həmçinin əməkdaşların və vətəndaşların inzibati binaya daxil olarkən tibbi maskalardan istifadə etmələri təmin olunmuşdur.