Bələdiyyələrin maarifləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən tədbirlər davam etdirilir

 

       Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən regionlarda keçirilən silsilə tədbirlərin davamı olaraq Bələdiyyələrlə iş mərkəzinin və İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə İmişli şəhərində İmişli, Beyləqan, Biləsuvar, Saatlı və Füzuli rayonlarında fəaliyyət göstərən bələdiyyə üzv və qulluqçularına "Yerli büdcə gəlirlərinin artırılması üçün həyata keçirilməli tədbirlər və müvafiq qanunvericiliyin tələbləri barədə", "Korrupsiya risklərinin azaldılması məqsədilə bələdiyyələrin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə şəffaflığın və hesabatlılığın artırılması" və "Bələdiyyə əmlakından və büdcəsindən səmərəli istifadə edilməsi, büdcə prosesinin və yerli büdcənin icrasına dair hesabatların qanunauyğunluğunun təmin edilməsi" mövzusunda seminar-müşavirə keçirilmişdir.

       Tədbirdə İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucov, Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi İsrafil Mustafayev, Bələdiyyələrlə İş Mərkəzinin böyük məsləhətçisi Səfa Cəfərov, Bələdiyyələrlə İş Mərkəzinin məsləhətçisi (iqtisadçısı) İlyas Kərimov məruzlərlə çıxış edərək ölkə başçısının 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlər, o cümlədən yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməklə korrupsiya risklərinin azaldılması məqsədilə bələdiyyələrin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi tədbir iştirakçılarına tövsiyə olunmuşdur. Həmçinin bələdiyyələrin əlaqələndirmə şuralarının internet səhifələrinin daimi işlək vəziyyətdə saxlanılması, bələdiyyələr tərəfindən görülmüş işlərin həmin səhifədə yerləşdirilməsinin təmin edilməklə yerli əhalinin məlumatlandırılmasının diqqətdə saxlanılması, vətəndaş müraciətlərinə, o cümlədən şəhid ailələrinin, müharibə iştirakçılarının müraciətlərinə diqqət və həssaslıqla yanaşılması və bu müraciətlərin həlli istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülməsinin diqqətdə saxlanılmısı vurğulanmışdır.

       Həmçinin mövcud qanunvericiliyin tələblərinə əsasən bələdiyyə statusuna uyğun özünüidarəetmə prinsiplərinin reallaşdırılması məqsədilə yerli büdcənin müəyyənləşdirilməsi, bələdiyyə səlahiyyətlərinin həyata keçirilməsi üçün formalaşdırılması və istifadə olunması, bundan başqa torpaq və əmlak vergisi və digər ödənişlərin qeydiyyatının aparılması və vergilərin qanunvericiliyin tələblərinə uyğun hesablanılması, bələdiyyə əmlakından səmərəli istifadə edilməklə, o cümlədən bələdiyyə mülkiyyətinə aid əvvəlki tarixlərdə torpaq sahələrinin icarə haqlarının real bazar qiymətlərinə uyğunlaşdırılaraq büdcə gəlirlərinin artırılması həmçinin, vergilər üzrə ödənilməmiş borcların yığılaraq yerli büdcələrə mədaxil olunması üçün tədbirlər görülməsi və bələdiyyənin icra aparatının səmərəli qurulması, yerli büdcə vəsaitlərindən daha çox yerli əhəmiyyətli məsələlərin həllində müxtəlif sosial lahiyələrin maliyyələşdirilməsinə nail olunması, daha sonra bələdiyyənin təsdiq edilmiş büdcəsinin həm mədaxil, həm də məxaric hissəsinin gündəlik nəzarətdə saxlanılmaqla şəffaflığın təmin edilməsi, bələdiyyə büdcəsinə vəsait ayrılarkən büdcənin xərc istiqamətlərinə istinad edilməsi, yerli büdcənin icrası barədə yarımillik və illik maliyyə hesabatlarının dəqiq, əhatəli hazırlanması və yerli sakinlərin həmin hesabatlarla tanış olması üçün müvafiq vəsaitlərdən istifadə edilməsi mövzusunda çıxışlar etdirilmişdir.

        Sonda tədbir iştirikçılarının sualları cavablandırılmış və səsləndirilmiş təkliflərə baxılacağı bildirilmişdir.