İmişli Regional Ədliyyə İdarəsi Saatlı rayonunda vətəndaşların qəbulunu keçirib

     

 

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların,  xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin aparatı ilə razılaşdırılmış qrafikə əsasən  İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucov  may ayının 31-də ədliyyə, o cümlədən bələdiyyə fəaliyyəti ilə bağlı Saatlı rayonunda vətəndaşların qəbulunu keçirmişdir. Qəbulda iştirak etmiş vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, bəzi məsələlərə yerindəcə aydınlıq gətirilmiş və digər hallar üzrə qanunvericiliyin müvafiq tələbləri izah edilmiş, aiddiyyəti hissədə məsul əməkdaşlara aidiyyəti tapşırıqlar verilmişdir.

         Vətəndaşlar Ədliyyə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə etmişlər.

         Daha sonra regional idarənin rəhbərliyi tərəfindən Saatlı icra və probasiya şöbəsinin kollektivi ilə keçirilmiş iclasda əmək və icra intizamı, eləcə də vətəndaşların müraciətlərinə vaxtında, o cümlədən əsaslı cavab verilməsi və ünsiyyət zamanı etik davranış qaydaları ilə bağlı Nazirliyin rəhbərliyinin göstəriş və tapşırıqırına, habelə qanunvericilikdən irəli gələn tələblərə əməl olunması bir daha diqqətə çatdırılmışdır.

         Məlumat üçün qeyd olunur ki, yerlərdə vətəndaşların qəbulunun keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.