Vətəndaşların nəzərinə!

     Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin rəisi İsgəndər Orucov mayın 17-də saat 11:00-da ədliyyə, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı Cəbrayıl rayon icra və probasiya şöbəsinin müvəqqəti yerləşdiyi Biləsuvar rayonunda vətəndaşların qəbulunu keçirəcəkdir.

   Vətəndaşlar qəbula yazılması üçün İmişli regional ədliyyə idarəsinə (əlaqə telefonları: şəhər: 021 246 12 13, mobil: (050) 980-10-82, elektron poçt: imishli_rd@justice.gov.az) müraciət edə bilərlər.

   Vətəndaşların qəbulu Cəbrayıl icra və probasiya şöbəsinin inzibati binasında (Biləsuvar rayon, 1 saylı qəsəbə) keçiriləcəkdir.