Vətəndaşların nəzərinə!

 

     Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin rəisi İsgəndər Orucov mayın 12-də saat 11:00-da ədliyyə, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı Füzuli rayonunda (Horadiz şəhəri) vətəndaşların qəbulunu keçirəcəkdir.

      Vətəndaşlar qəbula yazılması üçün İmişli regional ədliyyə idarəsinə (əlaqə telefonları: şəhər: 021 246 12 13, mobil: (050) 449-59-57, elektron poçt: imishli_rd@justice.gov.az) müraciət edə bilərlər.

      Vətəndaşların qəbulu Füzuli icra və probasiya şöbəsinin inzibati binasında (Horadiz şəhəri, 20 yanvar küçəsi) keçiriləcəkdir.