Rayon haqqında
Ərazisi - 1360 km2.
Əhalisinin sayı - 91 400 nəfər.
Yaşayış məntəqələrinin sayı - 1 şəhər və 25 kənd.
Əhali sıxlığı - 67.2 (nəfər/km2).
Iqtisadi rayon - aran (iqtisadi rayonu).
Nəqliyyat vasitəsinin kodu - 12.
Telefon kodu - 2529.
Poçt kodu (Mərkəzi PŞ) - AZ 1300.
Biləsuvar rayonu Azərbaycan Respublikasının zəngin tarixi keçmişi olan ərazilərdən biridir. Biləsuvarın qədimliyini sübut edən 10 arxeoloji abidə və orta əsrlərə aid olan memarlıq abidəsi olan Şəhriyar qalası hələ də öz tədqiqatlarını gözləyir. 1288-1290-cı illərdə Qızıl Ordu qoşunlarının Azərbaycana hücumu zamanı Elxani hökmdarı Arqun xanım (1282-1291) hərbi düşərgəsi Biləsuvarda idi. Azərbaycan Sovet Ensiklopediyasının ikinci cildində Biləsuvar rayonu haqqında verilmiş məlumatda qeyd edilir ki, "Biləsuvar, Piləsuvar - Azərbaycanda şəhər tipli orta əsr yaşayış məntəqəsidir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvaı X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır". XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölündükdən sonra bir hissəsi İranda qalmışdır. Rusiya imperiyası daxilin-də qalan hissəsinin əhalisi 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra səhəddən 20-40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskun-lşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdı. Sabir Nəsiroğlu adlı müəllifdən şərq aləminin tarixini və mədəniyyətini öyrənən "Həmşəhri" cəmiyyəti tərəfindən nəşr olunmuş "Sehrli diyarın sirri" adlı qısaldılmış tarixi monoqrafiyasında və "Həməşəradan gələn səslər" kitabında Biləsuvarın taixi ilə bağlı maraqlı məlumatlar çoxdur. Müəllif tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın - bolqar və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra müəllif qeyd edir ki, "Atlı əsgərlərin və çaparların keçid yeri" toponimi Biləsuvarın toponiminə uyğun gəlir. Biləsuvar toponimin "Belə", "Su", "Var" sözlərindən yarandığını qeyd edənlər də var. Yerli əhali də bu fikrə daha çox üstünlük verir. Bu gün Biləsuvar müstəqil Azərbaycanın inkişaf etmiş yaşayış məntəqələrindən sayılır. Biləsuvar rayonu-nun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu ilə 53 km, şimal-qərbdən Saatlı rayonu ilə 23 km, Sabirabad rayonu ilə 20 km, şərqdən Salyan rayonu ilə 23 km, Neftçala rayonu ilə 4 km, cənubdan Cəlil-abad rayonu ilə 54 km, qərbdən isə İran İslam Republikası ilə 64 km məsafədə həmsərhəd olmaqla, ümumi sərhəd dairə-sinin uzunluğu 241 km-dir. Biləsuvar beynəl-xalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. Rayonun ərazisi 1360 kv. kilometrdir. Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılmışdır. İran ərazisində bu çayı cürbəcür - Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi adlandırmışlar. Amma rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqar çayı kimi göstərilir.
YERLİ ƏDLİYYƏ QURUMLARI
Dövlət notariusu: Əliyev Fəxrəddin Rəhim oğlu;
Telefon: 02529-5-12-52;
Ünvan: M. İbrahimov küç. 230;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Biləsuvar rayon qeydiyyat şöbəsi
Rəis: İsayev Rabi Yusubəli oğlu;
İş telefonu: 02529-5-16-49;
Ünvan: H.Əliyev küçəsi 20;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Biləsuvar rayon icra qrupu
Rəis: Bədəlov Əvəz Ağabək oğlu;
İş telefonu: 02529-5-14-72;
Ünvan: Biləsuvar şəhəri 1 May küçəsi 1;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 09:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Biləsuvar rayon bələdiyyələrinin siyahısı
Bələdiyyənin adı |
Bələdiyyə sədrinin adı, |
Ünvanı |
Telefon nömrəsi |
Biləsuvar bələdiyyəsi |
Abasov İlqar Vəlican oğlu |
Biləsuvar şəhəri |
050-351-51-21 |
Ağalıkənd bələdiyyəsi |
Bağirov Ülfət Cahangir oğlu |
Ağalıkənd kəndi |
070-316-54-09 |
Ağayrı bələdiyyəsi |
Zeynalov Allahverdi Nəcəfqulu oğlu |
Ağayrı kəndi |
050-684-75-83 |
Amankənd bələdiyyəsi |
Zülfüqarov Fərhad Axan oğlu |
Amankənd kəndi |
050-579-80-10 |
Aşağı Cürəli-Muğan bələdiyyəsi |
Əliyev Əlizadə Sadat oğlu |
Aşaği Cürəli və Muğan kəndləri |
050-381-11-50 |
Bağbanlar bələdiyyəsi |
İbişov Sakit Qurban oğlu |
Bağbanlar ləndi |
050-368-81-95 |
Bəydili bələdiyyəsi |
Kərimov İlqar Soltan oğlu |
Bəydili kəndi |
050-394-77-57 |
Çinarlı-Aranlı bələdiyyəsi |
Rzayev Pərviz Hazar oğlu |
Aranlı və Çinarlı kəndləri |
050-630-90-09 |
Dərvişli bələdiyyəsi |
İsgəndərov İlqar Əlişuşad oğlu |
Dərvişli kəndi |
050-713-34-91 |
Əliabad bələdiyyəsi |
İbrahimov Mirabbas İbrahim oğlu |
Əliabad kəndi |
050-401-41-41 |
Əsgərabad bələdiyyəsi |
Mirsoltanov Mialim Mirsoltan oğlu |
Əsgərabad kəndi |
050-222-50-32 |
Çaylı bələdiyyəsi |
Soltanov Saleh Mahmud oğlu |
Çaylı kəndi |
050-584-52-32 |
Xırmandalı bələdiyyəsi |
Əli Xeyrəddin Nizam oğlu |
Xırmandalı kəndi |
050-345-03-18 |
İsmətli bələdiyyəsi |
İbayev Mirzəxan Təzəxan oğlu |
İsmətli kəndi |
050-458-72-35 |
Günəşli bələdiyyəsi |
Mirzəyev Sakit Gəncəli oğlu |
Günəşli kəndi |
050-503-32-03 |
Nərimankənd bələdiyyəsi |
Şıxayev Elbəyi Hacəli oğlu |
Nərimankənd kəndi |
051-768-67-38 |
Nəsimi bələdiyyəsi |
Əliyev Əli Hazarxan oğlu |
Nəsimi kəndi |
050-628-88-43 |
Ovçubərə bələdiyyəsi |
|
Ovçubərə kəndi |
|
Səmədabad bələdiyyəsi |
Salmanov Tofiq Heybət oğlu |
Səmədabad və Arazbarı kəndləri |
050-232-60-47 |
Təzəkənd bələdiyyəsi |
Azadov İltimas Balaqardaş oğlu |
Təzəkənd kəndi |
070-365-55-19 |
Yuxarı Ağalı bələdiyyəsi |
Əcəmov Etibar Dəmir oğlu |
Yuxarı Ağalı kəndi |
051-554-68-18 |
Yuxarı Cürəli bələdiyyəsi |
Bayramov Qafur Urşan oğlu |
Yuxarı Cürəli kəndi |
050-728-61-44 |
Zəhmətabad bələdiyyəsi |
Talıbov Arif Dadaşkişi oğlu |
Zəhmətabad kəndi |
050-524-40-06 |