Əsas fəaliyyət istiqamətləri

 

Regional idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

   1. Müvafiq ərazi vahidlərində aşağıdakı ədliyyə qurumlarının işini əlaqələndirir və onların fəaliyyətinə nəzarət edir:

   -  Qeydiyyat şöbələrinin, onların bölmələrinin;

   -  İcra xidmətinin idarə və şöbələrinin;

   -  Probasiya xidmətinin idarə və şöbələrinin;

   -  Məhkəmə Ekspertizası Mərkəzinin regional bölmələrinin;

   -  Notariat ofislərinin.

  2. Penitensiar müəssisələrin cəzaların icrası sahəsindəki fəaliyyətini öyrənir, nəzarət funksiyalarını həyata keçirir.

  3. Bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək və onlara metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür və onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;

  4. Nazirliyin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə ibtidai istintaqı aparır;

  5. Mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsində iştirak edir;

  6. Bu Əsasnamə ilə müəyyən edilmiş hallarda müvafiq məhkəmələrlə iş aparır;

  7. Yerli ədliyyə qurumlarının və müvafiq məhkəmələrin informasiya texnologiyaları üzrə məsələlərinin həllində iştirak edir və bu sahədə işi Nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsi ilə əlaqələndirir;

  8. Kommunikasiya strategiyasının həyata keçirilməsində iştirak edir;

  9. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

Əsasnamənin tam mətnini buradan əldə etmək olar.